Sen 11, 2022 11:01 Asia/Baku
  • Türkiyə
    Türkiyə

Türkiyə Yunanıstan sahil mühafizəsi qüvvələrinin Egey dənizində bir ticarət gəmisini atəşə tutduqlarını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Ankara bu ittihamı dünən irəli sürüb.

Şimali Atlantika Müqaviləsi Təşkilatı- NATO-nun üzvləri olan Türkiyə və Yunanıstan arasındakı gərginlik son günlər artıbdır. Yunanıstanın baş naziri həmin gün Türkiyəni "quldurluq"da ittiham edib.

Anadolu informasiya agentliyi bildirir ki, dünən yerli vaxtla saat on üç iyirmi yeddi dəqiqədə Komor adalarının bayrağı altında hərəkət edən «Anatoliyan» adlı gəmi Bozca Ada-nın cənub-qərbində, beynəlxalq sularda hərəkət edərkən Yunanıstan sahil mühafizəsinin iki qüvvəsi tərəfindən atəşə tutulub.

Bu xəbər agentliyi əlavə edib ki, Türkiyənin sahil mühafizəsi qayıqlarının iştirakının ardınca Yunanıstanın sahil mühafizəsi qüvvələri sözügedən bölgəni tərk ediblər.

Məlumata görə, bu olaya etiraz edən Ankara, Afina başçılarından həmin hadisəni araşdırıb, barəsində izahat vermələrini istəyib.

 

Teqlər