Praqada Ərdoğan-Paşinyan görüşü olub
https://azeri.sahartv.ir/news/türkiyə-i393861-praqada_Ərdoğan_paşinyan_görüşü_olub
Oktyabrın 6-da axşam saatlarında Avropa Siyasi Şurası çərçivəsində Türkiyə prezidenti Ərdoğanın Ermənistanın baş naziri Paşinyanla görüşü olub.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Okt 07, 2022 09:34 Asia/Baku
  • Praqada Ərdoğan-Paşinyan görüşü olub

Oktyabrın 6-da axşam saatlarında Avropa Siyasi Şurası çərçivəsində Türkiyə prezidenti Ərdoğanın Ermənistanın baş naziri Paşinyanla görüşü olub.

Görüşdə iki ölkənin xarici işlər nazirləri, Türkiyə və Ermənistanın iki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri də iştirak edib.

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanla Ermənistan baş naziri Nikol Paşinyan arasında ilk rəsmi görüşdə nələrin müzakirə olunduğu barədə məlumat yayılmayıb.