Noy 20, 2022 13:24 Asia/Baku
  • Türkiyə eyni zamanda İraq və Suriyadakı mövqelərə hava zərbələri endirib

Türkiyənin döyüş təyyarələri bu ölkənin şimal-qərbində və Suriyanın şimalında bir sıra mövqelərə hücum edib.

SəhərAzəri-nin məlumatına əsasən, Ötən həftə bazar günü axşam Türkiyə mediası İstanbulun Bəyoğlu məhəlləsində güclü partlayış baş verdiyini yazıb. Türkiyə hökuməti bu hücumun PKK terror qruplaşması tərəfindən törədildiyini bəyan edərək, bu terror aktı nəticəsində azı 6 nəfərin öldüyünü, 81 nəfərin isə yaralandığını bildirib.

Xəbər mənbələri Türkiyə qırıcılarının İraqın şimal-qərbindəki PKK mövqelərinə və Suriyanın şimalında Suriya Demokratik Qüvvələri və ya QSD silahlılarına eyni vaxtda hava zərbələri endirib.

Bu hücumlar Ayn Əl-Ərəb, Təl-Rüfət, Sincar və Kobani də daxil olmaqla müxtəlif bölgələri hədəfə alıb.

Eyni zamanda "Əl-Məyadin" xəbər kanalı öz mənbələrinə istinadən xəbər verir ki, Türkiyə qırıcıları Suriyanın Kratchuk dağındakı QSD mövqelərini və Əl-Həksənin şimal-şərqində yerləşən Əl-Malikiyyə şəhəri yaxınlığındakı elektrik stansiyasını hədəfə alıb.

 

Teqlər