Noy 23, 2022 13:19 Asia/Baku
  • Türkiyədə zəlzələ baş verib 50 nəfər yaralanıb

Türkiyənin Düzce rayonunda yerli vaxtla saat 04:09 radələrində 5,9 bal gücündə zəlzələ baş verib.

SəhərAzəri- Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ yerin 6,81 kilometr dərinliyində baş verib.

Yeraltı təkanlar İstanbul, Ankara, Əskişəhər, Bursa, Kocaeli, Sakarya, Bolu, Ədirnə və bəzi ətraf şəhərlərində də hiss olunub.

Ən son məlumata görə zəlzələdə 50 nəfər xəsarət alıb. Xəsarət alanlardan birinin vəziyyəti ağırdır.

Yeraltı təkanlarda ölən olmadığı açıqlanıb.

Zəlzələ ilə əlaqədar Sakarya, Bolu və Düzcədə bu gün məktəblərdə dərs olmayacaq.

Teqlər