Noy 30, 2022 12:20 Asia/Baku
  • Türkiyə-Ermənistan
    Türkiyə-Ermənistan

Noyabrın əvvəlində "sərhəddə Ermənistan və Türkiyənin texniki nümayəndə heyətlərinin görüşü baş tutub". Bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın "AHaber" telekanalın efirində etdiyi çıxışında Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının müsbət istiqamətdə getdiyini vurğulayıb. İ.Kalının sözlərinə görə, çox güman ki, yaxın vaxtlarda üçüncü ölkə vətəndaşları üçün sərhəd açılacaq və diplomatik pasportlara icazə veriləcək. 

Rəsmi İrəvan hələlik bu görüşlə bağlı məlumat verməyib.

Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə danışıqlarda tərəflərin təyin etdiyi xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıç indiyədək dörd rəsmi görüş keçirib: birincisi Moskvada, qalanları Vyanada. Yayda keçirilən son görüşdə tərəflər üçüncü ölkə vətəndaşları üçün Ermənistan-Türkiyə sərhədinin qismən açılması və yüklərin birbaşa hava yolu ilə daşınmasına başlanması barədə razılığa gəliblər.

Oktyabrın 6-da iki qonşu ölkənin liderləri son 13 ildə ilk dəfə Praqada görüşüblər.

 

 

Teqlər