İmamoğlu: Ərdoğanla mübarizəyə hazıram
Qarşıdan gələn seçkilərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mümkün rəqiblərindən biri olan Əkrəm İmamoğlu Ərdoğanın son mövqelərini rədd edərək, deyib: "Cəsarətli mübarizə istəyir".
SəhərAzəri-nin məlumatına əsasən, Əkrəm İmamoğlu isə Ərdoğanın həbs cəzası və siyasi fəaliyyətdən uzaqlaşdırılması ilə bağlı son sözlərinə cavab olaraq, deyib: "Prezident öz fikrini açıq şəkildə bildirməli və məhkəmənin hökmü ilə razı olub-olmadığını deməlidir".
Bəzi müşahidəçilər hesab edir ki, bu məhkəmə qərarı hər şeydən daha çox İmamoğlunu qarşıdan gələn prezident seçkilərində Ərdoğanla rəqabətdən kənarlaşdırmaq üçün verilib.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə prezidenti İstanbul Böyükşəhər Bələdiyyə Başçısı İmamoğlunun 2019-cu ildə dövlət məmurlarını təhqir etmək ittihamı ilə məhkum olunması ilə bağlı açıqlama verərkən, məhkəmənin qərarını dolayısı ilə dəstəkləyib və bu hökmün siyasi mahiyyətə malik olmadığını bildirib.
İmamoğlu məhkəmənin qərarını onun namizədliyini gücləndirən bir qərar kimi deyil, iqtidarın qorxusunun nə qədər böyük olduğunu göstərən bir qərar kimi dəyərləndirib.