Türkiyənin Avropa və Amerikadakı vətəndaşlarına xəbərdarlıq edib
Türkiyədə vətəndaşlarına Amerika və Avropada "müsəlmanlara nifrət, ksenofobiya və irqçiliyə əsaslanan mümkün hücumlar" barədə xəbərdarlıq edib.
SəhərAzəri-nin məlumatına əsasən, Qərb müttəfiqlərinin Türkiyədəki vətəndaşlarını mümkün hücumlar barədə xəbərdar etdikdən sonra Türkiyə şənbə günü vətəndaşlarını ABŞ və Avropada "mümkün islamafobiya, ksenofobiya və irqçi hücumlara" qarşı xəbərdar edib.
Türkiyə Xarici İşlər Nazirliyi səyahət edənlərə iki ayrı xəbərdarlıqda ABŞ və Avropa ölkələrindəki vətəndaşlarına "mümkün ksenofobik və irqçi təqib və hücumlar qarşısında sakit davranmağı" və "nümayişlərin intensivləşə biləcəyi ərazilərdən uzaq durmağı" tövsiyə edib.
Xarici İşlər Nazirliyi bildirib ki, son vaxtlar "anti-İslam və irqçi hərəkətlər"in artması Avropada dini dözümsüzlüyün və nifrətin təhlükəli ölçülərini əks etdirir və Avropada irqçi cərəyanlar narahatlıq doğuran güc səviyyəsinə çatıblar.
Avropada Quranın yandırılması ilə bağlı son insidentlərdən sonra Ankaradakı bir sıra səfirliklər, o cümlədən Amerika, Almaniya, Fransa və İtaliya səfirlikləri Türkiyədəki vətəndaşlarına "mümkün qisas hücumları" barədə xəbərdarlıq ediblər.
İsveç Xarici İşlər Nazirliyi də Türkiyədəki vətəndaşlarından toplantı və nümayişlərdən uzaq durmağı tövsiyə edib.
Danimarkanın miqrantlara düşmən münasibət bəsləyən ekstremist "sərt xətt" partiyasının lideri Rasmus Paludan ötən həftə Stokholmdakı Türkiyə səfirliyi yaxınlığında keçirilən etiraz aksiyası zamanı Qurani-Kərimi yandırıb və bu, Türkiyə və İsveç arasında gərginliyi daha da artırıb.
Hollandiya və Danimarkadakı oxşar Quran yandırma hərəkətləri də Ankaranın kəskin qınağına səbəb olub.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa ölkələrində Qurani-Kərimə qarşı son hücumları pisləyib və qeyd edib ki, Qurana hücum edən insanlar yalnız şəxsi pozğunluqlarını ortaya qoyur.