Bəkir Bozdağ: 134 nəfər məsuliyyətə cəlb olunub
Fev 13, 2023 12:48 Asia/Baku
Zəlzələ nəticəsində binaların dağılması Türkiyədə korrupsiyanın nə yerdə olduğunu üzə çıxardı
Türkiyənin Kahramanmaraş şəhərində fevralın 6-da baş verən zəlzələ nəticəsində dağıntıya məruz qalan binalarla bağlı 134 nəfərin məsuliyyətə cəlb olunub, 3 nəfər həbs edilib.
Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bu barədə bildirib.
O deyib ki, zəlzələ bölgəsində baş verən soyğunçuluq və oğurluqla bağlı da 75 hadisədə 64 şübhəli barəsində cinayət işi açılıb, onlardan 57-si həbs edilib, 7 şübhəli barəsində məhkəmə nəzarəti həyata keçirilib.