Mart 04, 2023 15:04 Asia/Baku
  • Ərdoğanın yenidən seçilmək şansı artır

Meral Akşener “Altılı masa”nı tərk etdi

 SəhərAzəri-nin məlumatına əsasən, Türkiyədə seçki öncəsi təlatümlər İyi Partiyanın Altılı Masanı tərk etməsi ilə bir az da qızışıb.

İYİ Partiyasının sədri Meral Akşener “Altılı masa”dan ayrılıb. Akşener dünən Ankarada müxalifət liderlərinin iştirakı ilə keçirilən görüşdən sonra deyib ki, onun təklifləri masa tərəfindən rədd edilib, CHP lideri Kamal Kılıçdaroğlunun namizədliyi dəstəklənib.

İyi Partiya başqanı, Mansur Yavaş və Əkrəm İmamoğlunu namizəd olmağa çağırmışdı. Akşenerin sözlərinə görə, dünən keçirilən iclasda 5 siyasi partiya Kılıçdaroğlunun namizədliyi üzərində dayanıb, amma o, bu təklifi qəbul etməyib: “Altılı masa” millətin iradəsini əks etdirmir. Bu masa artıq potensial namizədlərin müzakirə oluna biləcəyi ümumi müdriklik platforması deyil. Yavaşa və İmamoğluna çağırışımdır. Camaat sizi vəzifəyə çağırır. Kritik qırılma astanasında, millət sizi vəzifəyə çağırır. Bu vəzifə millətin səsini eşitmək vəzifəsidir”, – deyə o, fikrini belə tamamlayıb.

 

Teqlər