Apr 06, 2023 17:07 Asia/Baku
  • Ərdoğandan İsrailə xəbərdarlıq:

“Əl-Əqsa məsciniə hörmətsizlik qırmızı xəttdir!”

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə prezidenti sionist rejimin Əl-Əqsa məscidinə qarşı növbəti vandal hərəkətini kəskin şəkildə qınayıb.

R.T.Ərdoğan deyib: “Türkiyə hücumlar qarşısında səssiz qala bilməz. Əl-Əqsa məscidinə əl uzadılması, Hərəm-i Şərifin müqəddəsliyinin ayaqlar alına alınması qırmızı cizgimizdir.”

O sonra vandallığın rejim daxilindəki gərginliklə əlaqədə olduğunu vurğulayıb: “Müsəlmanların ilk qibləsinə yönəlik alçaq təxribatları qınayır, hücumların dərhal dayandırılmasını tələb edirik. İsrail hakimiyyətinin bütün xəbərdarlıqlara baxmayaraq, zorakılığa baş vurması daxilindəki gərginliyi azaltmaq üçündür. Bunun adı zülm siyasətidir”, - deyə Türkiyə dövlət başçısı bildirib.

 

Teqlər