Rusiyalı politoloq Sergey Markov: Türkiyə siyasətində dəyişikliklər çox böyük ola bilər
Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkisi tarixi hadisə olacaq. Bu, seçkinin nəticəsi təkcə Türkiyəni deyil, dünya siyasətini də çox dəyişə bilər. Bu sözləri rusiyalı politoloq Sergey Markov deyib.
SəhərAzəri-nin məlumatına görə, Markov dəyişikliyin dramatik olmasının səbəblərinə toxunaraq deyib ki, Qarşıdakı seçkilərdə 20 ildə ilk dəfə Ərdoğan məğlub ola bilər və nəzərə alsaq ki,Ərdoğanla müxalifətin siyasi mövqeyində fərq çox böyükdür, ondaTürkiyə siyasətində dəyişikliklər də çox böyük ola bilər.
Poliroloqa görə, Ərdoğan hakimiyyəti itirərsə, o zaman ona, ailəsinə və komandasına qarşı böyük siyasi repressiya ola bilər. Çoxları həm azadlığı, həm kapitalı, həm də həyatını itirə bilər.
Sergey Markov Türkiyədə qarşıdan gələn seçkilərdə Ərdoğan itirərsə, ona və onun ətrafındakı insanlara qarşı repressiya böyük böhran doğura bilər və bu böhran nəticəsində zorakılığın səviyyəsi çox yüksək ola bilər.
Politoloq bu rəqabətdə Rusiyanın Ərdoğandanın yanında olduğunu Qərbin isə Ərdoğana qarşı, Türkiyə müxalifətini dəstəklədiyini də xüsusi vurğulayıb.
Rusiyalı politoloqa görə Türkiyə 30 ildə iqtisadi və siyasi baxımdan çox böyüdüyü üçün Türkiyə böhranı dünya siyasətinə güclü təsir göstərəcək və qlobal “siyasi tornado”nun bir hissəsinə çevrilə bilər”.