İyun 03, 2023 14:20 Asia/Baku
  • Lirə növbəti dəfə tarixi minimuma düşdü

Türkiyədə yeni seçilmiş prezidentin andiçmə mərasiminin keçirildiyi gündə Türk Lirəsi növbəti rarixi minimuma düşüb.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyənin milli valyutası son illər öz dəyərini dəfələrlə kəskin itirmişdir və bu ölkə ardıcıl devalvasiyaların şahidi olmuşdur.

Türkiyədə son prezident seçkilərinin nəticələrinin elan edilməsindən sonra Türk Lirəsi dəyərini itirməkdə davam edir.

 

hazırda 1 dollar 21 lirəyə yaxınlaşıb (1 dollar 20,96 lirəyədir).

Avro isə 22,5 lirəyə qalxıb.

Beləliklə görünən odur ki, prezident seçkilərinin 28 mayda keçirilən ikinci turundan sonra lirənin ucuzlaşması sürətlənib. Hökumət bunu pensiya və maaşların artırılması ilə kompensasiya edəcəyini açıqlayıb.

Teqlər