İyun 19, 2023 19:41 Asia/Baku
  • Lirə ucuzlaşır: Hafizə Qayə hərəkətə keçdi

Türk lirəsinin xarici valyutalara nisbətdə ucuzlaşması üç həftədir ki, davam edir.

Bazar ertəsi səhər bir dollar 23,63 lirə təşkil edir. Türkiyə Mərkəzi Bankı uzun müddətdir ki, uçot dərəcəsini dəyişmir, indi 8,5%-dir. Prezident Ərdoğan isə hakimiyyətdə olduğu müddətdə faizlərin aşağı salınacağını bildirmişdi.

İndi “Hürriyet” qəzeti məlumat yayıb ki, Türkiyə Mərkəzi Bankı cümə axşamı faiz dərəcələrini artıra bilər.

“Cümə axşamı Mərkəzi Bankın Pul Siyasəti Komitəsinin iclası keçiriləcək. İclasa ilk dəfə Mərkəzi Bankın rəhbəri Hafizə Qayə Ərkal sədrlik edəcək”, - məlumatda deyilir.

Qeyd olunur ki, faiz dərəcələri artırılacaq, lakin kəskin deyil.

Qeyd edək ki, Türkiyədə Mehmet Şimşək maliyyə və xəzinə naziri təyin ediləndən dərhal sonra Mərkəzi bankın sədrliyinə də Hafizə Qayə Ərkal gətirilib. Onların tanınmış iqtisadçılar olduqlarına rəğmən onların fəaliyyətə başladığı gündən Türk Lirəsi çökməkdə davam edir.

 

Teqlər