Türkiyənin Haaqa Məhkəməsində vəzifə borcunu yerinə yetirir
Sionist rejimin cinayətləri təsvirlə sübut olunacaq
Türkiyə müxalifətinin hökumətə qarşı sionistlərlə ticarətin davam etdirilməsi ilə bağlı sərt tənqidlərinin ardınca, Ərdoğan Haaqa Məhkəməsində məzlum fələstinliləri müdafiə etmək qərarına gəlib.
Türkiyə mətbuatı yazır ki, İsrail rejimi müttəhim kürsüsündədir.
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Netanyahunun cinayətkar olduğuna işarə edərək, ABŞ-ın hərəkətlərinin regionun təhlükəsizliyinə və sabitliyinə də təsir etdiyini vurğulayıb. O demişdi ki, “Amerika və İngiltərənin Yəmənə gecə hücumları həddindən artıq güc tətbiqinə nümunədir. Təəssüf ki, İsrail də Fələstində bu üsuldan istifadə edir”.
Türkiyəli hüquqşünas, İstanbul Ruməli Universitetinin tədqiqatçısı Zəki Ari Türk hesab edir ki, Haaqa Beynəlxalq Məhkəməsində soyqırımla bağlı iş İsraili təşvişə salıb.
Onun sözlərinə görə, bu günə qədər Beynəlxalq Məhkəməs heç vaxt İsrail rejiminin özünün mühakiməsi bir yana, sadə bir israillinin mühakiməsinin şahidi olmayıb. Ona görə də sionistlər qorxuya düşüblər.
“Bu işin əhəmiyyəti ondan ibarətdir ki, İsrailin siyasi aparatı mühakimə olunur, təkcə hərbçilər yox. Söhbət bir çox beynəlxalq cinayətlərdə əli olan, uşaqları öldürən, dinc sakinləri qətliam edən və dünyanın ictimai rəy məhkəməsində mühakimə olunan İsraildən gedir. Bu, onlar üçün inanılmaz bir vəziyyətdir. Hazırda İsrail həm daxildə, həm də beynəlxalq miqyasda təlaş içərisindədir. Çünki belə bir şey gözləmirdi və belə bir ittihamın ola bilməyəcəyini düşünürdü. Əgər hökm çıxarılsa, onların 70 ildir yaratdıqları yenilməz və qüdrətli İsrail imici məhv olacaq. Dünyanın ictimai rəyi başa düşdü ki, İsrail kağız pələngdir və mənasını itirib”, - deyə türkiyəli tədqiqatçı vurğulayıb.
Sonda demək lazımdır ki, Türkiyə sionist rejimin Haaqa məhkəməsində mühakimə olunduğu müddətdə yaxşı çıxış etdi və İranla yanaşı məzlum Fələstin xalqının dəstəkçilərindən biri ola biləcəyini göstərdi. Bu mövqeyin təkmilləşməsi üçün isə Azərbaycan neftini İsrailə tədarük edən Ceyhan Limanının təcavüzkar rejimin üzünə bağlanması və irticaçı rejimlə təcarət əlaqələrinə son qoyulması məqsədə uyğun olardı.