Fev 21, 2024 18:33 Asia/Baku
  • Lirə tarixi minimumunu yeniləyib

Türkiyənin milli valyutası tarixi minimumunu yeniləyib. Hazırda bir dollar 31 lirə, avro isə 33,46 lirəyədir.

Lirənin ən son dəyər itirməsi 11 yanvara təsadüf edirdi. Bu tarixdə 1 ABŞ dolları  30 lirəyə qalxmışdı.

Daha əvvəl ölkənin maliyyə naziri Mehmet Şimşek bildirilib ki, Türkiyə rəsmiləri lirə/dollar məzənnəsi ilə bağlı hədəflər qoymayıb, məzənnə sərbəst buraxılıb.

Qeyd edilib ki, illik inflyasiya 2023-cü ilin noyabrda 61,98 %, dekabrında isə 64,77 % təşkil edib.

Bundan başqa, İnflyasiya Araşdırma Qrupunun (ENAG) məlumatına görə, 2023-cü ilin dekabrında illik inflyasiya 127,21 % təşkil edib.

Teqlər