Mart 03, 2024 13:47 Asia/Baku
  • Türkiyə XİN: İsrail Fələstin xalqını məhv etməyi hədəfləyir

Türkiyə, İsrailin qəzzəliləri aclığa məhkum edərkən yardım növbəsində gözləyən günahsız mülki insanları hədəfə almasını, Fələstin xalqının kollektiv şəkildə məhvini hədəfləməyin sübutu kimi görür.

Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada deyilir: “İsrailin Qəzzədə yardım gözləyən mülki şəxslərə hücumu onun fələstinliləri öldürməklə insanlığa qarşı cinayətlərinə yeni bir cinayət əlavə etdi”.

Bəyanatda həmçinin vurğulanır ki, İsrail Qəzzədə hərbi əməliyyatı dərhal dayandırmalıdır, lakin İsrail hökumətinin bu qərarı vermək üçün sağlam düşüncəsi və vicdanı yoxdur.

Qeyd edək ki, Qəzzədəki Fələstin Səhiyyə Nazirliyi İsrailin Qəzzə şəhərinin cənubundakı Rəşid küçəsindəki Nablusi qovşağında humanitar yardım gözləyənlərə hücumu nəticəsində 112 nəfərin öldüyünü, 760 nəfərin isə yaralandığını açıqlayıb.

 

Teqlər