Türkiyə parlamentində fiziki qarşıdurma baş verib
https://azeri.sahartv.ir/news/türkiyə-i413709-türkiyə_parlamentində_fiziki_qarşıdurma_baş_verib
Türkiyə Böyük Millət Məclisində (TBMM) dava düşüb. Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
(last modified 2024-08-16T10:06:33+00:00 )
Avq 16, 2024 14:05 Asia/Baku
  • Türkiyə parlamentində fiziki qarşıdurma baş verib

Türkiyə Böyük Millət Məclisində (TBMM) dava düşüb. Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Qeyd olunub ki, TBMM-də Can Atalayın deputatlığının ləğv edilməsi müzakirə edilən zaman Türkiyə İşçi Partiyasından olan deputat Ahmet Şık AKP üzvlərini təhqir edib.

Bundan sonra TBMM-də gərginlik artıb və deputatlar yumruq davasına çıxıblar.