Türkiyədə İmamoğluya dəstək aksiyaları davam edir
Apr 08, 2025 18:53 Asia/Baku
Türkiyənin Samsun şəhərində İstanbulun həbs olunmuş meri Əkrəm İmamoğluya dəstək üzrə üçüncü aksiya keçirilib.
Türkiyədə Cümhuriyyət Xalq Partiyası- CHP, bildirib ki, bazar günü, aprelin on üçündə yerli vaxtla saat on dörd-sıfır-sıfırda da Samsun şəhərində Əkrəm İmamoğluya dəstək aksiyası keçiriləcək.
İmamoğluya dəstək aksiyaları bundan öncə İstanbul və Ankarada keçirilmişdi.
İmamoğlu üç həftə bundan öncə korrupsiya və PKK ilə əlaqədəolma ittihamları ilə həbs olundu. Bu addım, onun CHP-nin 2028-ci il prezident seçkilərinə namizədi kimi irəli sürülməsindən bir neçə gün öncə atıldı.