Apr 14, 2025 13:50 Asia/Baku
  • Kılıç: Konstitusiyaya dəyişiklik Ermənistanın daxili işidir!

Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç Ermənistanda konstitusiya dəyişikliyi məsələsinə münasibət bildirib.

Ermənistanın CivilNet (SivilNet) televiziyasına verdiyi eksklüziv müsahibədə türkiyəli diplomat deyib: “Ermənistan hökuməti Azərbaycanın tələbləri əsasında artıq Konstitusiyada dəyişiklik etmək niyyətini açıqlayıb. Və bu, əlbəttə Ermənistanın daxili işidir”.

Sərdar Kılıçın sözlərinə görə, erməni xalqı və Ermənistanın dövlət qurumları bu dəyişikliyin necə və nə vaxt həyata keçiriləcəyini müəyyən edəcək.

Türk diplomat həmçinin ölkəsinin Ermənistanla əlaqələri normallaşdırmaq üçün müvafiq addımların atıldığını və bunun hər iki ölkə və xalq üçün faydalı olduğunu vurğulayıb.