Apr 16, 2025 15:45 Asia/Baku
  • Onlar Türkiyəni “işğalçı” elan etdilər - AKTUAL

Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 541 və 550 saylı qətnamələrini dəstəkləyərək Türkiyəni Kiprdə "işğalçı güc" olaraq rəsmən tanımışlar.

Türk ölkələrinin məlum qərarı Özbəkistan, Qazaxıstan və Türkmənistanın Şimali Kipr Türk Respublikasında Yunanıstan rəhbərliyini tanıyaraq, ora səfir təyin etmələri fonunda baş tutub.Bu addım Avropa İttifaqının Mərkəzi Asiya üçün açıqladığı 12 milyard avroluq investisiya paketindən sonra atılıb.

Dörd ölkənin imzaladığı 541 saylı qətnamədə Şimali Kipr Türk Respublikasının elan olunması qınanır, hüquqi cəhətdən etibarsız sayılır və digər dövlətlərə onu tanımamaq və yalnız Rum administrasiyasını tanımaq çağırışı edilir.

Türkiyə Xarici İşlər Nazirliyi bu xüsusda açıqlama verməyib.

550 saylı qətnaməyə əsasən, Türkiyə Cümhuriyyəti ilə Şimali Kipr arasında qarşılıqlı səfir təyinatı “separatçı və qeyri-qanuni hərəkət” kimi pislənir və ləğvi tələb olunub.Qətnamə bütün ölkələri “separatçı addımı tanımamağa, dəstəkləməməyə və ya yardım etməməyə” çağırır.

Kipr problemi 1974-ci ildə yaranıb. Yunanların dəstəklədiyi çevrilişə görə Türkiyə adanın şimal hissəsinə müdaxilə edib və ada iki hissəyə bölünüb.

Aprelin 5-də Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan Avropa İttifaqı ilə imzaladıqları və 12 milyard avro həcmində investisiya vədi aldıqları saziş çərçivəsində Şimali Kipr Türk Respublikasını tanımayacaqlarını bəyan ediblər.

Beləliklə də 4 türk ölkəsi BMT Təhlükəsizlik Şurasının qətnamələrinə bağlılıqlarını vurğulayaraq, bütün adada yalnız Cənubi Kipr administrasiyasını "tək qanuni hökumət" olaraq tanıyacaqlarını öhdələrinə götürüblər.

Sənəddə həmçinin Kiprin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunmasının vacibliyinə vurğu edilib.