Apr 28, 2017 02:35 Asia/Baku
  • XƏBƏRLƏR  28-04-2017 -01

Xəbərlər proqramı İran, Azərbaycan Respublikası və dünyanın önəmli olaylarını əks etdirir.

Verilişin müddəti : 00:20:00

Tarix : 2017/04/28

 

http://azeri.sahartv.ir/news

-----------------------------------------------------------

İranda prezidentliyə namizədlərin proqramlarının şərhi

İranda 12-ci prezident seçkilərinə 6 namizəd ictimai mövzuda olan ilk debatlarında sosial məsələlərin idarə olunması haqda öz proqram və baxışlarını təqdim edib.

İranda 12-ci prezident seçkilərinə namizəd Seyid Mustafa Ağa Mir Səlim İranda qeyri-münasib və yaşayış massivlərindən kənar yaşamanın ən mühüm dəlili barədəki sualı belə cavablandırıb: Qeyri-münasib və yaşayış massivlərindən kənar yaşama bir çox sosial, mədəni və iqtisadi problemlərə gətirib çıxarıbdır ki, onun həll yolu, məntəqələrin sahmana salınması siyasətlərinə qayıdış, su mənbələrindən düzgün istifadə və səhraların yararlı hala salınmasıdır.

İbrahim Rəisi də prezidentliyə ikinci namizəd kimi sosial ədalətin inkişafı və cəmiyyətdə təbəqələrarası fərqin azaldılması üzrə öz həll yolları və proqramları barədə deyib ki, sosial ədalət İran İslam Respublikası quruluşunun ən mühüm hədəflərindən biri olub və təbəqələrarası fərqin azaldılması üzrə həll yolu ictimaiyyətin aşağı təbəqələrinin subsidiyalarının artırılması və aşağı gəlirli əmək haqqı alanların vergilərinin azaldılmasıdır.

Prezidentliyə 3-cü namizəd Mustəfa Haşemi Təba da gənclərin mənzil məsələsi xüsusiyyət təşkil etməklə mənzil probleminin həlli üzrə layihəsi barədə danışıb: Mənzil problemi iş yerlərinin yaradılması, kreditin ödənilməsi və kiçik mənzillərin tikilməsilə həll olunacaq və iqtisadiyyat yaxşılaşdırılmadan və milli gəlir artırılmadan bu imkansızdır.

Həsən Ruhani də prezidentliyə 4-cü namizəd kimi gənclərin izdivac probleminin həll yolu barədə danışıb və davamlı izdivaclar göstəricisinin artmasının məşğulluğa ehtiyaclı olduğunu bildirib və belə deyib: Sosial məsələlər və digər məsələlərin həll yolu, gələcəyə ümidin yaradılmasıdr və hazırda cəmiyyətdə iş şəraiti yaxşılaşıbdır və xalq və gənclər gələcəyə ümidvardırlar.

Prezidentliyə beşinci namizəd kimi İshaq Cahangiri bürokratiyanın azaldılması və icra aparatlarının kəsərliliyinin artırılması üzrə öz proqramı haqda deyib ki, hər bir inkişafa lazım olan ilk məsələ, ictimai sərmayənin artırılması və xalqın məlumatlılığıdır və xalqın razılığının artırılması çərçivəsində elektron dövlət tam şəkildə icra olunmalıdır.

İranda 12-ci prezident seçkilərinə 6-cı namizəd Mohəmməd Baqir Qalibaf da havanın çirklənməsi, iqlim dəyişikliyi, quraqlıq və toz hissəciklər kimi ekoloji problemlər üçün özünün təsirli həll yolları və proqramları barədə bildirib ki, bu gün iqtisadi böhranlar ictimai məsələlər üzərində ciddi təsir buraxıbdır və ətraf mühit böhranı məsələsi də İranın ciddi problemlərindəndir və xarici toz hissəciklərinin səbəbi daxili və müdiriyyət zəifliyidir.

İranda 12-ci prezident seçkilərinə altı namizəd həmçinin digər tənqid və fikirlərə ayrı-ayrılıqda müəyyən müddətdə bərabər şəkildə cavab veribdir.

İranda 12-ci prezident seçkiləri mayın 19-da keçiriləcək.

-------------------------------------------------------------------------

 

 

Ruhani: Vasitəçi savaşlarda məqsəd, İslam dünyasına zərbə vurmaqdır

İran prezidenti Pakistanın baş nazirinə müraciətdə vurğulayıb ki, bəzi ölkələr özlərinin vasitəçi savaşları ilə İslam dünyasının birliyini hədəfə alıblar və terror hərəkətlərini dəstəklməklə region xalqlarının inkişafı və çiçəklənmələrinin yerinə, gerilik, yoxsulluq, əmin-amansızlı və zorakılıq gətirmək istəyirlər.

Həsən Ruhani dünən gecə Pakistan sərhədlərindəki iranlı sərhədçilərin şəhid olmalarının ardınca Pakistanın baş naziri Muhəmməd Nəvaz Şərifə ünvanladığı müraciətdə bildirib: Pakistan rəsmilərinin vədlərinə rəğmən, hələ də quldur dəstələri və terror qruplarının Pakistan ərazisindən İrana qarşı təcavüzləri təkrar olur.

Ruhani iki ölkə sərhədlərinin tarix boyu təhlükəsiz sərhədlər olduğunu və İranın ikitərəfli əlaqələrdə Pakistanın sabitliyi, təhlükəsizliyi, inkişafı və çiçəklənməsini özünün əsas iş gündəmində qərar verdyini qeyd edərək, vurğulayıb: İran ərazisi heç vaxt Pakistan daxil olmaqla öz qonşularına qarşı sui-istifadə olunmayıbdır, amma təəssüflə, lazımı addımların atılmaması İranın sərhədçiləri və bəzən də günahsız əhalisinin öldürülməsinə və xəsarətlərə bais olubdur.

İran prezidenti həmçinin Pakistanın baş nazirindən istəyibdir ki, iki ölkənin səmimi və qardaşcasına əlaqələrinin qorunması və yüksəlişi üçün bu terror hərəkəti amillərinin təqib olunaraq, ədalət məhkəməsinə tapşırılmaları haqda göstəriş versin.

Çərşənbə günü gecə terrorçuların İranın Pakistanla sərhədinin sıfır nöqtəsində pusqu qurmaları nəticəsində İranın Sistan və Bəluçestan vilayətinin "Mircave" məntəqəsinin sərhədçilərindən on nəfər patrul keçərkən şəhid edilib. "Ceyşulzulm" təkfirçi qruplaşması bu terror hücumunun məsuliyyətini öz üzərinə götürübdür.

-----------------------------------------------------------------------

 

 

 

Üçtərəfli Moskva görüşünün yekun bəyanatı

Rusiyanın vasitəçiliyi ilə Azərbaycan Respublikası və Ermənistan xarici işlər nazirlərinin Moskva müzakirələrinin yekun bəyanatı yayılıb.

APA-nın məlumatına görə, Azərbaycan Respublikası, Ermənistan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov, Eduard Nalbandyan və Sergey Lavrov Moskvada görüşərək, Qarabağ münaqişəsinin həll yollarını araşdırıblar.

Bu iclasın yekun bəyanatında sülh prosesinin irəliləyişinə lazımi şəraitin yaradılması, sabtiliyin bərqərarı və təmas xətlərində gərginliyin azaldılması istiqamətində Vyana və Sankt-Peterburq iclaslarında əldə olunmuş razılaşmaların Azərbaycan Respublikası və Ermənistan başçıları tərəfindən icra olunması vacibliyi vurğulanıb.

Bu məlumata görə, Azərbaycan Respublikası və Ermənistan xarici işlər nazirləri Qarabağ münaqişəsinin həlli üzrə müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər.

Azərbaycan Respublikası, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Qarabağ münaqişəsinin həlli üzrə üçtərəfli Moskva müzakirələri bu gün bağlı qapılar arxasında və müxbirlərin iştirakı olmadan Moskvada keçirilib.

Azərbaycan Respublikası və Ermənistan arasında münaqişə 1988-ci ildə başlandı və 1992-ci ildə hərbi qarşıdurmaya çevrildi.

1994-cü ilin mayında iki münaqişə tərəfi arasında atəşkəs rejimi bərqərar edildi, lakin ATƏT-in Minsk Qrupunun Qarabağ münaqişəsinin həlli üzrə vasitəçiliyi indiyədək heç bir nəticə verməyibdir.

--------------------------------------------------------------------------

 

 

 

Sionist hərbçilər fələstinli aksiyaçılarla toqquşublar

Sionist rejim hərbçiləri bu rejimin məhbəslərində saxlanılan və aclıq keçirən fələstinli əsirlərin himayədarlarının aksiyasından sonra qərb sahilinin müxtəlif nöqtələrində fələstinli gənclərlə toqquşublar.

Fələstinli Məa xəbər agentliyinin məlumatına görə, Fələstin əhalisindən onlarla nəfər sionist rejim məhbəslərində saxlanılan fələstinli əsirləri himayə istiqamətində cümə namazı mərasimindən sonra keçirilən aksiyada sionist rejim hərbçiləri tərəfindən gözyaşardıcı qazın işlədilməsi səbəbindən boğuntu vəziyyətinə düşübdür.

Beyt-Ləhm, Ramullah, Nablus, Qələndiyya, Əlxəlil və qərb sahilinin digər məntəqələrində baş vermiş toqquşmalarda bir qrup fələstinli gənc sionist rejim hərbçilərinin atəşləri nəticəsində yaralanıbdır.

Fələstinli gənclər sionist rejim hərbçiləri tərəfindən işlədilən gözyaşardıcı qazdan özlərini müdafiə etmək üçün ağacları yandırmağa başlayıblar.

Fələstinli əsirlər sionist rejimin rasist siyasət və rəftarlarına etiraz olaraq aprelin 17-dən "azadlıq və ləyaqət" şüarı ilə aclıq aksiyasına başlayıblar.

Bu aksiyanın ardınca fələstinlilər Fələstinin bütün şəhərlərində piket çadırları qurub, geniş aksiyalar keçirərək, fələstinli əsirlərə öz geniş dəstəklərini elan ediblər.

-----------------------------------------------------------------------

 

 

 

Rusiyanın suda qərq olmuş gəmisinin sərnişinləri xilas olublar

Türkiyənin sahil təhlükəsizlik rəsmiləri Rusiyanın Qara dəniz sularında qərq olmuş gəmisinin sərnişinlərinin xilas edilmələrindən xəbər veriblər.

IRIB-nin məlumatına görə, Türkiyənin sahil qvardiyası dünən Rusiya gəmisinin Türkiyənin İstanbul sahillərində yerləşən Bosfor boğazının yaxınlığındakı sularda batması xəbərini təsdiq edərək, hadisənin səbəbini həmin gəminin bir türk yük gəmisi ilə toqquşması adlandırıb.

Məlumatlara əsasən, Rusiya gəmisinin bütün sərnişinləri salamatdır və Türkiyənin dəniz məsələləri üzrə məsul şəxsləri bildiriblər ki, "Liman" gəmisindəki 78 nəfər xilas edilibdir.

Türkiyədə su kanalı sayılan Bosfor boğazı bir tərəfdən, Qara və Mərmərə dənizlərini bir-birilərinə birləşdirir, digər tərəfdən də Avropa və Asiya qitələrini bir-birindən ayırır. İstanbul şəhəri də bu boğazın iki tərəfində yerləşir.

 

 

 

 

 

 

 

 

Teqlər