Ə. DAVUDOĞLU TÜRKİYƏ PARLAMENT SEÇKİLƏRİ BARƏDƏ DANIŞIB
Verilişin müddəti : 00:01:00
Tarix : 2015/11/04
Davudoğlu Türkiyə üçün yeni konstitusiyanın hazırlanmasını zəruri adlandırdı
Əhməd Davudoğlu bu istəyi hakim Ədalət və İnkişaf Partiyasının dünən
keçirilən növbədənkənar seçkilərdə qələbə çalmasının ardınca irəli
sürüb.
Röyters-in Ankaradan verdiyi məlumata görə, Davudoğlu Ədalət və İnkişaf
Partiyasının mərkəzi qərargahında minlərlə tərəfdarı qarşısında çıxışı
zamanı deyib: Atəşfəşanlığın göy üzünü işıqlandırdığı bir zamanda
parlamentə daxil olan bütün partiyaları yeni milli-mədəni qanunun
hazırlanmasına dəvət edirəm.
O, daha sonra deyib: Hamımız birlikdə qarşıdurma və çəkişmələr olmayan,
hamının dostluq və sülh içində yaşama malik olan bir Türkiyə üçün
çalışması lazımdır.
Ədalət və İnkişaf Partiyası parlament seçkilərində səslərin 49%-in əldə edərək, parlamentin 550 yerindən 315-ni özünə aid edib.
Bununla da Ədalət və İnkişaf Partiyası təklikdə hökumət qura bilər.
Amma, konstitusiyaya dəyişikliyin edilməsi üçün yenə də digər
partiyaların dəstəyinə ehtiyaclıdır.
Türkiyənin hazırkı qanunlarına əsasən konstitusiyaya dəyişikliyin
edilməsi üçün ən azı 367 lehinə səs lazımdır. Referendumun keçirilməsi
üçün isə ən azı 330 millət vəkilinin lehinə səs verməsi gərəkdir.