Fev 04, 2016 23:03 Asia/Baku

BAKIDA İMAM XOMEYNİNİN (RƏ) İRANA QAYIDIŞININ İLDÖNÜMÜ QEYD OLUNUB

Verilişin müddəti : 00:02:00
Tarix : 2016/02/03



İmam Xomeyninin (rə) İrana qayıdışının ildönümü günü Bakıda qeyd olunub


Azərbaycan Respublikası paytaxtı Bakıda Vəliəsr (əc) təhsil mərkəzinin məktəbliləri bir mərasim keçirərək Həzrət İmam Xomeyninin (rə) İrana daxil olmasının ildönümü gününü şənlik ediblər.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İmamın İrana daxil olması anında inqilab zənginin çalınması ilə başlanan bu mərasimdə məktəblilər himni oxuyub, müxtəlif mədəni proqramları icra edib və həmçinin elmi yarışlar keçirərək bu önəmli günü qeyd ediblər.

Bakıda Vəliəsr (əc) təhsil mərkəzinin direktoru İsmayıl Qələndəri bu mərasimdə İslam İnqilabının müxtəlif nailiyyətlərini açıqlayaraq deyib: Builki Fəcr Ongünlüyündə məktəblilərin iştirakı ilə müxtəlif elmi, mədəni, idman yarışları keçirilərək, məktəblilərinm əl işləri sərgisi, həmçinin aşpazlıq festivalı təşkil olunacaq.

Şagirdlər bu mərasimdə inqilab tarixinin tanınması və Həzrət İmam Xomeyninin (rə) yolunun davam etdirilməsini vurğulayıblar.

Bakıda Vəliəsr (əc) təhsil mərkəzində hazırda müxtəlif yaşlarda 157 şagird 23 müəllimin nəzarəti altında təhsil alır.


















------------------------------------------------------------------------------------------------------------------------







İranda "Fəcr Ongünlüyü" və inqilab şənliklərinə start verildi


12 bəhmən(1 fevral), İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə)-in İrana qayıdışının ildönümü günü ilə bir vaxtda İranda "Fəcr Ongünlüyü" şənliklərinə start verilib.

İmam Xomeyni(r.ə)-in İrana tarixi dönüşü anı ilə bir vaxtda İranda şəhid ailələri, ordu başçıları və ölkə rəsmiləri habelə, müxtəlif təbəqədən olan xalq kütləsinin geniş iştirakı ilə İran İslam Respublikasının dahi memarının pak məqbərəsində "Fəcr Ongünlüyü" mərasimlərinə start verilib.

Bu gün həmçinin, hörmət əlaməti olaraq kilsələrin zəngi çalınıb. Habelə, İmam Xomeyni(r.ə)-in İrana daxil olduğu anın xatirəsini yad etmək üçün ölkə səviyyəsində bütün məktəblərin zəngi çalınıb.

550 jurnalist və reportyor 12 bəhmən mərasimində iştirak edib. Mərasimi işıqlandıran jurnalistlər arasında xarici media nümayəndələrinin sayı 80 nəfər olub.

İmam Xomeyni(r.ə) 1 fevral 1979-cu il tarixində 15 il sürgündən sonra, İrana geri döndü və 10 gün sonra 12 fevralda İslam İnqilabı qələbə çaldı.










Teqlər