3 fevral, İranda milli kosmonavtika günüdür
3 fevral, İranda milli kosmonavtika günüdür
Verilişin müddəti : 00:02:00
Tarix : 2016/02/03
3 fevral, İranda milli kosmonavtika günüdür
14 bəhmən(3 fevral) İranda milli kosmonavtika günüdür.
3 fevral İranda 2008-ci ildə "Ümid" pekinin fəzaya göndərilməsinin ildönümü günüdür. Bu gün İran təqvimində milli kosmonavtika günü olaraq qeyd olunur və hər il bu münasibətlə təşkil edilən mərasimlərdə İranın kosmonavtika sahəsində əldə etdiyi nailiyyətlər nümayiş etdirilir.
Bu gün də elə bu münasibətlə İran prezidenti Həsən Ruhaninin iştirakı ilə xüsusi bir tədbir keçirilib.
İran xalqı elm, texnologiya və quruculuq yolunda inkişafın əldə edilməsi yolunda möhkəm addımlarla irəliyə doğru addımlayır və bu y olda nə qədər böyük iradəyə malik olduğunu dünyaya artıq sübut edib. İran xalqının böyük uğur qazandığı sahələrdən biri də, aviasiya və kosmonavtika sahəsidir.
Kosmonavtika sahəsi son dərəcə önəmli və strateji sahələrdən biridir və milli, ictimai və qida təhlükəsizliyi sahəsində böyük və təsirli rola malikdir. İranın Kosmonavtika Təşkilatı Asiya və Okeaniya Kosmonavtika Təşkilatına da üzvdür.
İran aviasiya və kosmonavtika sahəsində böyük elmi inkişafa nail olduqdan sonra elə bir mərhələyə çatıb ki, artıq Ümumdünya Kosmonavtika Klubuna da üzvdür və ölkənin ümumi inkişaf proqramında ölkənin aviasiya və kosmonavtika sahəsi ilə bağlı çox mühüm inkişaf proqramı nəzərdə tutulub.
İranın fəzaya canlı orqanizma olaraq meymun daşıyan bir kapsula göndərməsi İranın kosmonavtika sahəsindəki inkişafında dönüş nöqtəsi sayılırdı.
Bu missiyanın uğurla həyata keçirilməsi hər bir iranlı üçün böyük bir iftixar sayılır. Bir çox beynəlxalq analitiklər İranın bu böyük uğurunun dünyanı heyrətə gətirdiyini bildiriblər. Çünki, dünyanın çox az ölkəsi fəzaya canlı orqanizma göndərməyə nail olub.
Beynəlxalq dairələrin verdiyi bəyanatlara əsasən 2012-ci ildə dünyanın 5 ölkəsi kosmonavtika sahəsində yeni uğurlar əldə edən ölkələr sırasına daxil olublar. Bunlardan biri də İrandır ki, digər ölkələr ilə müqayisədə daha sürətlə bu yolda inkişafın zirvələrinə doğru irəliləyir.