İran-Azərbaycan əməkdaşlıqları inkişaf edir
https://azeri.sahartv.ir/news/Özəl-i208687-İran_azərbaycan_əməkdaşlıqları_inkişaf_edir
İran-Azərbaycan əməkdaşlıqları inkişaf edir
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 21, 2016 21:12 Asia/Baku

İran-Azərbaycan əməkdaşlıqları inkişaf edir


Verilişin müddəti : 00:02:00

Tarix : 2016/02/22




 İran-Azərbaycan əməkdaşlıqları inkişaf edir



İran və Azərbaycanın iqtisadi, ticarət və sənaye heyətləri bir-biriləri ilə görüşərək, ikitərəfli əməkdaşlıqların artırılmasına təkid ediblər.

İRİB-nin verdiyi məlumata görə, İranın rabitə və informasiya texnologiyaları naziri və Tehran-Bakı müştərək komissiyasının sədri Mahmud Vaizi bu görüşün ardınca Tehranda, jurnalistlər qarşısında deyib: Bu müzakirələr zamanı iki ölkənin nümayəndə heyətləri Azərbaycan prezidentinin İrana olacaq səfəri ərəfəsində İran-Azərbaycan əməkdaşlıqlarının müxtəlif cəhətlərini araşdırıblar.

Mahmud Vaizi İran və Azərbaycan əlaqələrinin keçmiş ilə müqayisədə xeyli inkişaf etdiyinə işarə və ümidvarlıq edib ki, iki ölkə arasında razılaşdırılmış bütün sənədlər cənab İlham Əliyevin İrana səfər edəcəyi zamana kimi yekunlaşdırılsın.

M.Vaizi həmçinin, Azərbaycan prezidenti İlham Əliyevin bir neçə günə kimi İrana olacaq səfərinə işarə edərək, bildirib ki, iki ölkə prezidentlərinin görüşündən sonra iki ölkə arasında 10 əməkdaşlıq sənədi imzalanacaq.

Azərbaycanın sənaye və iqtisadiyyat naziri Şahin Mustafayev də jurnalistlərə deyib: İran-Azərbaycan əlaqələri yüksək səviyyədədir və iki ölkə prezidentləri bu əlaqələrin yaxşılaşdırılmasına xüsusi diqqət göstərirlər.