İLHAM ƏLİYEV YÜKSƏK SƏVİYYƏLİ HEYƏT İLƏ TEHRANA DAXİL OLARAQ RƏSMƏN QARŞILANIB
https://azeri.sahartv.ir/news/Özəl-i208906-İlham_Əlİyev_yÜksƏk_sƏvİyyƏlİ_heyƏt_İlƏ_tehrana_daxİl_olaraq_rƏsmƏn_qarŞilanib
İLHAM ƏLİYEV YÜKSƏK SƏVİYYƏLİ HEYƏT İLƏ TEHRANA DAXİL OLARAQ RƏSMƏN QARŞILANIB
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 23, 2016 20:45 Asia/Baku

İLHAM ƏLİYEV YÜKSƏK SƏVİYYƏLİ HEYƏT İLƏ TEHRANA DAXİL OLARAQ RƏSMƏN QARŞILANIB


Verilişin müddəti : 00:02:00

Tarix : 2016/02/24




Ruhani Azərbaycan Respublikası prezidentini rəsmən qarşılayıb


İran İslam Respublikası prezidenti çərşənbə axşamı günü Azərbaycan Respublikası prezidenti İlham Əliyevi rəsmi şəkildə qarşılayıb.

İranın Prezident Administrasiyasının rəsmi informasiya portalının məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhaninin Azərbaycan Respublikası prezidentini rəsmi qarşılama mərasimində iki ölkənin dövlət himninin səsləndirilməsindən sonra İran və Azərbaycan Respublikası prezidentləri xüsusi hərbi bölmənin qarşısından keçib, sonra isə öz nümayəndə heyətlərini bir-birilərinə təqdim ediblər.

İran İslam Respublikası və Azərbaycan Respublikası prezidentlərinin görüşü, yüksək səviyyəli heyətlərin iclaslarında iştirak, iki ölkənin rəsmiləri arasında əməkdaşlıq sənədlərinin imzalanması cənab Əliyevin Tehran səfərinin proqramlarındandır.

Ruhani və Əliyev rəsmi qarşılama mərasimindən dərhal sonra ikitərəfli görüş məkanına daxil olublar ki, iki ölkə əlaqələrinin qarşılıqlı, regional və beynəlxalq sahələrdə genişləndirilməsi yollarını araşdırmış olsunlar.