Rusiya Türkiyədə jurnalistləriə qarşı təzyiqlər barədə araşdırmaların aparılmasını istədi
Rusiya Türkiyədə jurnalistləriə qarşı təzyiqlər barədə araşdırmaların aparılmasını istədi
Verilişin müddəti : 00:03:00
Tarix : 2016/03/07
Rusiya Türkiyədə jurnalistləriə qarşı təzyiqlər barədə araşdırmaların aparılmasını istədi
Rusiya jurnalistlərin Türkiyədə təzyiqlərə məruz qalması barədə beynəlxalq araşdırmaların aparılmasını istədi.
İRNA-nın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Zaman" qəzetinin əməkdaşlarının təhlükəsizlik qüvvələri tərəfindən təzyiqlərə məruz qalmasına işarə edərək, bu barədə araşdırmaların aparılmasını istəyib.
M.Zaxarova əlavə edib: Qərb dövlətləri Ankaradan söz və media azadlığı barədə beynəlxalq öhdəliklərə əməl etməsini istəməlidir.
İstanbul məhkəməsi cümə günü "Zaman" qəzetinin Fətullah Gülən ilə əlaqədə olduğunu və Gülənin tribunasına çevrildiyini bildirərək, qəzetin idarə edilməsini hakimiyyətə yaxın adamlara tapşırıb.
Cümə günü "Zaman" qəzeti artıq yeni rəhbərlik altında fəaliyyət göstərməyə başlayıb. Bu qəzetin tərəfdarları qəzetin mərkəzi ofisi qarşısında piket keçiriblər. Həmçinin, qəzetin işçiləri binanı tərk etməkdən çəkiniblər.
Polis əməkdaşları isə qəzet binasının qarşısında piket keçirən insanları dağılışmağa məcbur etmək üçün gözyaşardıcı qazdan və su şırnağından isitfadə ediblər. Daha sonra binaya daxil olan polis bir neçə nəfəri saxlayıb.