İran To Ki Maa beynəlxalq turnirin qalibi oldu
https://azeri.sahartv.ir/news/Özəl-i276770-İran_to_ki_maa_beynəlxalq_turnirin_qalibi_oldu
İran To Ki Maa beynəlxalq turnirin qalibi oldu
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 18, 2017 12:57 Asia/Baku

İran To Ki Maa beynəlxalq turnirin qalibi oldu

Verilişin müddəti : 00:03:59

Tarix : 2017/07/18

 

İran İslam Respublikasının kişi və qadınlardan ibarət yığma komandası Azərbaycan Respublikası paytaxtı Bakı şəhərində keçirilən To Ki Maa pəhləvanlıq və döyüş növləri üzrə beynəlxalq turnirin qalibi olub.

İRNA-nın məlumatına görə, İranın To Ki Maa idmanı üzrə qadın və kişilərdən ibarət yığma komandası uğurlu çıxış edərək, 10 qızıl və 8 gümüş medalla bu beynəlxalq turnirin qalibi olub. 

Azərbaycan və Gürcüstan yığmaları da müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. 

Bu beynəlxalq turnir İran İslam Respublikası, Azərbaycan Respublikası, Türkiyə, Qırğızıstan, Rusiya və Gürcüstandan 100-ə yaxın qadın və kişi idmançının iştirakı ilə Bakıda keçirilib. 

İran İslam Respublikasının To Ki Maa üzrə yığma komandası 12 kişi və 6 qadın, ümumilikdə 18 idmançı ilə bu turnirə qatılmışdı.