İyul 30, 2017 17:08 Asia/Baku

Səhiyyə sahəsində İİR-AR həmkarlıqları genişllənir

Verilişin müddəti : 00:02:00

Tarix : 2017/07/30

 

---------------------------------------------------------------

Səhiyyə sahəsində İİR-AR həmkarlıqları genişllənir

İranın səhiyyə naziri deyib: Tehran səhiyyə sahəsində Azərbaycan Respublikası ilə əməkdaşlıqları genişləndirməyə maraqlıdır.

IRNA-nın məlumatına görə, İranın səhiyyə naziri Həsən Qazizade Haşemi bu gün Ərdəbildə tikilməkdə olan Truma xəstəxanasının inşa əməliyyatından baxış keçirərkən İran ilə Azərbaycan Respublikasının səhiyyə sahəsindəki həmkarlıqlarına toxunaraq, əlavə edib: Hazırda İran İslam Respublikası Azərbaycan Respublikasında əczaçılıq zavodunun inşasında iştirak edir və gözlənilir ki, Azərbaycan Respublikası bu sahədə İranla daha artıq həmkarlığa malik olmuş olsun. 

İranın səhiyyə naziri həmçinin sağlamlıq turizmi sahəsində Tehran-Bakı əməkdaşlığının genişlənməsi zəminlərinə təkid edərək, deyib: Hazırda Ərdəbil daxil olmaqla İranın sərhəd vilayətlərinin dövlət və özəl müalicə mərkəzləri və xəstəxanaları Azərbaycan Respublikasından gələn xəstələrə yaxşı xidmətlər göstərirlər və bu sahədə əməkdaşlıq üçün imkanlar hazırkı vəziyyətdən daha genişdir.

Teqlər