Sen 21, 2017 14:48 Asia/Baku
  • Ruhani: ABŞ razılaşmaları pozmaqla, öz imicinə zərbə vurur

İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə günü Nyu-Yorkda BMT Baş Assambleyasında Əhatəli Müştərək Təşəbbüs Proqramı istiqamətində ABŞ-ın öhdəlikləri yerinə yetirməməsi və vədlərdən boyun qaçırmasına toxunub və deyib: Vaşinqton beynəlxalq razılaşmaları pozaraq sadəcə öz beynəlxalq imimicinə zərbə vurur.

 

Verilişin müddəti : 00:11:00

Tarix : 2017/09/21

--------------------------------------------------------------------------------------------------------

Ruhani: ABŞ razılaşmaları pozmaqla, öz imicinə zərbə vurur

İran prezdenti əlavə edib: ABŞ prezidenti Donald Trampın çərşənbə axşamı günü BMT Baş Assambleyasında İran xalqına qarşı cahil, mənfur və kin-küdurətli ədəbiyyatı, əsassız suçlamalar və yanlışlıqlara əsaslanan açıqlaması bu təşkilatın şənində deyildi, üstəlik bütün xalqların tələbi ilə qarşılaşmaq idi. 

İran İslam Respublikası prezidenti Əhatəli Müştərək Təşəbbüs Proqramının sülh istiqamətində olduğunu qeyd edərək xatırladıb: İran nüvə anlaşmasını pozan ilk ölkə olmayacaq. Lakin onun pozulması ilə qarşılaşdıqda əlibağlı qalmayacaq. 

Həsən Ruhani islamsevərlik, ədalətsevərliyin kəarında insan haqları və vətəndaşlıq hüququnu İran xalqının önəmli tələblərindən adlandırıb və deyib: İran İslam Respublikasının strategiyası sülhsevərlik və xalqların hüquqlarını dəstəkləməkdir. 

İran İslam Respublikası prezidenti İran xalqının dilini əzizləmək dili adlandırıb və xatırladıb: İranlılar həmişə müzakirə tərəfdarı olmuşlar, lakin bərabər mövqe və qaşrılıqlı hörmətə əsaslanmaqla. 

Prezident Ruhani əlavə edib: İranlılar hədələmirlər və heç kim, heç bir qüdrət tərəfindən hədəni qəbul etmirlər. 

İran İslam Respublikası prezidenti bildirib: Şər və irqçi rejim tərəfindən Fələstin vətəndaşlarının minimum insan haqlarından məhrum edilməsi və bu diyarın qəsbkarlarının təhlükəsizlikdə olması qəbuledilməzdir. 

Ruhani əlavə edib: Yəmən, Suriya, İraq, Bəhreyn, Əfqanıstan, Myanma və başqa yerlərdə müsəlmanlar yoxsulluq, müharibə və qarşıdurma şəraitində yaşayırlar. Bir qrup da güman edir ki, öz ölkələrində uzunmüddətli təhlükəsizlik, rifah və inkişafa sahib ola bilər. 

İran İslam Respublikası prezidenti İranın Yaxın Şərqdə terrorizm və radikallıqla mübarizədə ön cəbhədə durduğunu bildirib və deyib: Terrorizmlə müharibədə İranın region ölkələrinə dəstəyi, humanistlik, etik və strateji mövqedir. 

Teqlər