Dek 08, 2017 00:29 Asia/Baku
  • Ankarada ABŞ səfirliyi önündə aksiya

Yüzlərlə nəfər prezident Donald Trampın Qüdsü sionist rejimin paytaxtı olaraq tanımasına etiraz məqsədi ilə Ankarada ABŞ səfirliyi önündə aksiya keçirib.

İRİB-nin Ankaradan verdiyi məlumata görə, qəzəblənmiş xalq cümə axşamı polis qüvvələrinin nəzarəti altında ABŞ səfirliyi önündə aksiya keçirib, bu ölkə başçıları habelə, sionist rejimə qarşı şüarlar veriblər. Aksiya iştirakçıları İslam ölkələri və təşkilatlarının Fələstin xalqı və Qüdsü daha artıq himayə etmələrini istəyiblər.

ABŞ səfirliyi qarşısında keçirilən etiraz aksiyasında davamlı olaraq "Allahu Əkbər", "La İlahə İlləllah", "Məhəmməd Rəsulallah" fəryadı yüksəlib, "Cinayətkar İsrail Fələstindən rədd ol", "Təcavüzkarlara lənət olsun", "Trampa lənət olsun", "Biz regionda ABŞ-ın bazasını istəmirik", "İslam ordusu Qüdsə doğru" şüarları veriblər.

Teqlər