Fev 03, 2018 17:13 Asia/Baku
  • Suriyada Əhraruş-Şam terrorçularının başçısı öldürülüb

Suriyanın İdlib vilayətində Əhraruş-Şam terror qrupunun başçısı Əbu Zeyd əl-Əskəri ləqəbli Üsamə Xəritə öldürülüb.

İRNA-nın məlumatına görə, Suriyada terrorçulara yaxın medialar bildiriblər ki, Əhraruş-Şam terror qrupunun bu başçısı İdlib vilayətində naməlum şəxslər tərəfindən öldürülüb. 

Suriyanın şimal-qərbində İdlib vilayəti və şəhərinin təkfirçi terrorçular tərəfindən işğal olunmasından sonra, İdlib şəhərinin 10 km şimalında yerləşən şiə sakinli Fuə və Kəfərya qəsəbələri 28 mart 2015-ci ildən tam şəkildə Əhraruş-Şam terrorçularının mühasirəsinə düşüb və həmin zamandan bəri hər gün terrorçuların hücumlarına məruz qalır. 

Qeyd olunan tarixdə Türkiyədə toplaşan, təlim alan və təchiz olunan 14 min terrorçu İdlib vilayətinə hücum edərək onu işğal edib. 

Teqlər