May 22, 2018 05:22 Asia/Baku
  • Ruhani: Amerika İran xalqını təslim olmağa məcbur edə bilməz
    Ruhani: Amerika İran xalqını təslim olmağa məcbur edə bilməz

İran İslam Respublikası prezidenti bazar günü axşam nazirlər kabinetinin ailə üzvləri ilə görüşdə deyib: Amerika İran xalqını təslim olmağa məcbur edə bilməz.

İran İslam Respublikası Prezident Administrasiyasının mətbuat xidmətinin yaydığı məlumata görə, Həsən Ruhani beynəlxalq imperializmin, İsrailin və regiondakı müttəfiqlərinin İran İslam Respublikasına zərbə vurmağa çalışdıqlarını deyərək, əlavə edib: İran xalqı bütün təzyiqlər qarşısında güclü formada dayanıb. 

İran İslam Respublikası prezidenti İran xalqının öz yolunu çox yaxşı getdiyini deyərək, əlavə edib: İranlılar öz ayaqları üzərində durublar. 

Ruhani həmçinin, mübarək Ramazan ayını ilahi rəhmət, məğfirət və feyz ayı adlandırıb və deyib: Bu mübarək ayın təsirlərindən biri mehribanlıq, səmimilik və birlikdə olmaqdır. 

Teqlər