Ruhani: Nüvə sazişinin qorunması istiqamətində atılan addımlar bura kimi müsbət olub
https://azeri.sahartv.ir/news/Özəl-i309882-ruhani_nüvə_sazişinin_qorunması_istiqamətində_atılan_addımlar_bura_kimi_müsbət_olub
İran İslam Respublikası prezidenti şənbə günü axşam ABŞ-ın nüvə anlaşmasından çıxmasından sonra dünya ictimaiyyətinin böyük bir hissəsinin İrana haqq verdiyini və nüvə anlaşmasını müdafiə etdiyini deyərək, bu anlaşmanı qorumaq üçün atılan addımların indiyə kimi müsbət olduğunu deyib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
May 27, 2018 15:28 Asia/Baku
  • Ruhani: Nüvə sazişinin qorunması istiqamətində atılan addımlar bura kimi müsbət olub

İran İslam Respublikası prezidenti şənbə günü axşam ABŞ-ın nüvə anlaşmasından çıxmasından sonra dünya ictimaiyyətinin böyük bir hissəsinin İrana haqq verdiyini və nüvə anlaşmasını müdafiə etdiyini deyərək, bu anlaşmanı qorumaq üçün atılan addımların indiyə kimi müsbət olduğunu deyib.

İRNA-nın məlumatına görə, Həsən Ruhani Tehranda din alimləri və ruhanilər ilə görüşdə deyib: Bu gün bir çox ölkə İranın doğru yolda olduğu və səhvə yol verən tərəfin ABŞ olduğuna inanır. Bu isə böyük bir uğurdur. 

İran İslam Respublikası prezidenti həmçinin deyib: Amerikalılar ABŞ və İran arasında seçim etmələri üçün avropalılara təzyiq göstərirlər. Amma, avropalılar nüvə anlaşmasını seçkdiklərini deyirlər.

Ruhani həmçinin deyib: İran nüvə anlaşmasında qalmaqla öz hüquqlarını qoruya biləcəyi təqdirdə, bu beynəlxalq anlaşmada qalmaq niyyətindədir.