Azərbaycan Ermənistanla danışıqlara hazırdır
https://azeri.sahartv.ir/news/Özəl-i310794-azərbaycan_ermənistanla_danışıqlara_hazırdır
Azərbaycan Respublikasının prezidenti və Ermənistan baş naziri arasında tezliklə görüş keçirilə bilər. Ermənistan xarici işlər naziri bu barədə açıqlama yayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 01, 2018 16:03 Asia/Baku
  • Azərbaycan Ermənistanla danışıqlara hazırdır
    Azərbaycan Ermənistanla danışıqlara hazırdır

Azərbaycan Respublikasının prezidenti və Ermənistan baş naziri arasında tezliklə görüş keçirilə bilər. Ermənistan xarici işlər naziri bu barədə açıqlama yayıb.

Məsələyə münasibət bildiriən  Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib: “Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, münaqişənin həll edilməsində irəliləyişə nail olmaq üçün substantiv danışıqlara hazırdır”. 

Hacıyev bildirib ki, substantiv danışıqlar vasitəsilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən çıxarılmaları və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları təmin olunmalıdır.

O deyib: “Görüşün keçirilməsi barədə bizə təkliflər daxil olduğu halda, kütləvi informasiya vasitələrinə bu barədə məlumat veriləcək”.