İyun 16, 2018 07:51 Asia/Baku

İslam İnqilabının Böyük Rəhbəri ABŞ prezidentinin ölkəsinin Asiyanın qərbində xərclədiyi 7 trilyon dolların hansısa faydasının olmadığını etiraf etməsini onların məntəqədəki məğlubiyyətinin etirafı adlandırıblar.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei cümə günü Fitr Bayramı namazı xütbələrində ilk olaraq bu böyük bayram münasibəti ilə İran xalqı və İslam Ümmətini təbrik edib və deyiblər: ABŞ prezidentinin etirafından aydın olur ki, böyük şeytan bu qədər səy göstərməsinə rəğmən öz məqsədlərinə nail ola bilməyib. Və bundan sonra da bu məntəqədə nə qədər pul xərcləsə də, yenə də öz istəyinə çatmayacaq.

Həzrət Ayətullahülüzma Xamenei şeytani qüdrətlərin davamlı olaraq İran xalqına qarşı fitnə ardınca olmalarının səbəbini onların İran xalqının müqaviməti, mübarizəsi, müstəqilliyi, ali düşüncələri və təşəbbüskarlığı adlandırıb və deyiblər: Əlbəttə, bu qüdrətlər öz səylərindən əl çəkmirlər. Amma, davamlı olaraq da məğlubiyyət ilə üzləşirlər.

İnqilab Rəhbəri daha sonra İran xalqının ayıq və sayıq olmasına, fitnələri tanımasına təkid edərək, deyiblər: Bu gün düşmənin başlıca fitnəsi xalqı yormaq və ümidsizliyə düçar etmək üçün "iqtisadi təzyiq"dən ibarətdir.

Həzrət Ayətullahülüzma Xamenei həmçinin, Qüds Günü yürüşlərinin digər ölkələrdə də xalqın çoxsaylı iştirakı ilə keçirilməsinə işarə edərək, deyiblər: Müxtəlif ölkələrdə Qüds Günü yürüşünün möhtəşəm şəkildə keçirilməsinin mənası, əcnəbilərin təbliğatlarına rəğmən, müsəlman xalqların İran xalqına yaxınlaşması və eyni istiqamətdə hərəkət etməsidir.

İnqilab Rəhbəri Fitr Bayramını mükafatlandırılma günü, Ramazan ayını isə möminlərin Allaha bəndəlik və xeyir işlərin görülməsi üzrə müsabiqə meydanı adlandırıb və deyiblər: Allahın lütfü sayəsində İran xalqı hər il bu mənəvi müsabiqədə və xeyir işlərin görülməsində öncəki illər ilə müqayisədə daha artıq irəliləyişə malik olur.

Teqlər