İyun 26, 2018 23:05 Asia/Baku
  • Ruhani: İran İslam Respublikası ayıqlıqla düşmənlərin məkrli planlarını arxada qoyacaq

İran İslam Respublikası prezidenti Amerikanın islam inqilabının qələbəsindən bəri İrana qarşı məkrli planlarına toxunaraq deyib: İran xalqı və hökuməti ayıqlıqla müxtəlif dövrlərdə düşmənlərin məkirli planlarını arxada qoyub.

Həsən Ruhani bu gün Tehranda keçirilən bir konfransda etdiyi çıxışında dünya hegemoniyası və sionist rejimin güclü islami İranı öz məqsədlərinə qarşı ciddi təhdid gördüklərini xatırladaraq deyib: İran xalqı region və dünya səviyyəsində böyük bir nailiyyət əldə etdikdə düşmənlər İran xalqının güclü və təsirli olduğuna görə, bu böyük xalq qarşısında dururlar. 

Ruhani İran xalqının uzun illər boyu çoxlu enişli-yoxuşlu yolların şahidi olduğunu və düşmənlərin təzyiqləri qarşısında dayandığını bildirərək deyib: Amerikanlar nüvə sazişi icraya başladığı andan öz öhdəliklərini pozdular ki, İranı bu razılaşmadan çıxmaq məcburiyyətində qoysunlar amma bu məkrli plan nakam qaldı. 

İran İslam Respublikası prezidenti dünya ölkələrinin böyük əksəriyyətinin Amerikanın nüvə sazişindən çıxmasını qeyri-qanuni hərəkət və beynəxalq qanunlara zidd hesab etdiklərini bildirərək deyib: İranın ağıllı hərəkəti amerikalıların nüvə sazişindən çıxmalarının xərcini çox ağır etdi. 

Ruhani bu gün İranın dünyada siyasi və hüquqi baxımdan qalib mövqeyində olduğunu bildirərək deyib: İranlılar amerikalıların təzyiqlərinə təslim olmayacaq və öz müstəqilliyi və dəyərlərini müdafiə edəcək. 

Teqlər