İranın qərbində təhlükəsizlik qüvvələri terrorçularla toqquşublar
-
İranın qərbində təhlükəsizlik qüvvələri terrorçularla toqquşublar
İran İslam Respublikasının təhlükəsizlik naziri İranın qərbində bir terror qrupunun məhv edilməsindən xəbər verib.
İranın təhlükəsizlik naziri Seyyed Məhmud Ələvi dünən gecə deyib: İranın qərbində yerləşən Kermanşah və Kordestan vilayətlərinin təhlükəsizlik qüvvələrinin kəşfiyyat və əməliyyat tədbirləri nəticəsində düşmən ölkələrdən asılı olan iki terror dəstəsi məhv edilib.
İranın təhlükəsizlik naziri əlavə edib ki, bu dəstələrdən biri terror amilləri və terror amillərinin vasitəçilərindən ibarət 12 nəfərə şamil olurdu ki, onların hamısı aşkar edilərək, həbs olunubdur.
O, deyib: Digər bir əməliyyatda təxribatçılıq və terror əməliyyatları həyata keçirmək məqsədilə İrana daxil olmuş terror qruplaşmasının əcnəbi hərbi dəstəsi aşkar edilərək, hər cür təxribatçılıq törətməzdən öncə məhv edilibdir.