Fransız və ingilis balıqçılar toqquşublar
https://azeri.sahartv.ir/news/Özəl-i321152-fransız_və_ingilis_balıqçılar_toqquşublar
LaManş boğazında ilbiz yığımı üstündə Fransız və ingilis balıqçılar arasında toqquşma baş verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 30, 2018 01:45 Asia/Baku
  • Fransız və ingilis balıqçılar toqquşublar
    Fransız və ingilis balıqçılar toqquşublar

LaManş boğazında ilbiz yığımı üstündə Fransız və ingilis balıqçılar arasında toqquşma baş verib.

Dünən baş verən bu toqquşma uzun keçmişi olan ilbiz üstündə savaşın ən son toqquşmasıdır. 

Rəsmilərin dediklərinə görə, ingilis balıqçılar 5 fransız balıqçılar isə 35 qayıqdan ibarət olublar. Toqquşma ingilislərin qanuni şəkildə balıqçılıqla məşğul ola bildikləri dəniz ərazilərindən 12 mil uzaqda baş verib. 1 oktyabrdan 15 mayadək ilbiz ovunda məhdudiyyətlərə məcbur fransız balıqçılar ingilisləri bu müddətdə həddindən artıq ilbiz yığımı ilə məşğul olmaqda ittiham edirlər. Onlar eyni məhdudiyyətin inqilislərə də tətbiq edilməsinə çağırırlar. Normandidə balıqçılıq sektorunun rəhbəri Dmitri Ruqov deyib: Fransa İngiltərə ilə əlaqə yaratdı ki, balıqçıların fəaliyyəti dayandırılsın və bu an onlar arasında toqquşma baş verdi. Onlar biri birini daşa basdılar amma kimsə xəsarət almadı . Ruqov deyib: Gecənin yarısı ingilislərin ilbiz ovundakı talançılığına etiraz əlaməti olaraq 40 fransız qayıq ərazilərə toplaşdı.