Sen 05, 2018 22:58 Asia/Baku
  • Suriyanın bərpası iranlı şirkətlər üçün əlverişli fürsət yaradır
    Suriyanın bərpası iranlı şirkətlər üçün əlverişli fürsət yaradır

İran İslam Respublikası xarici işlər naziri deyib: Suriya və İraqın bərpası iranlı şirkətlər üçün əlverişli fürsət yaradıb.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, İİR XİN rəhbəri Məhəmməd Cavad Zərif müxbirlərə müsahibəsində Suriyada bərpa prossesinə toxunaraq deyib: Suriya və İraqda bərpa əməliyyatları İrandan texniki-mühəndislik xidmətlərinin ixracatı və iranlıların işlə məşğul olması üçün bir fürsət olaraq iki tərəfli uduş-uduş oyundur. 

zərif ABŞ prezidenti Donald Trampın son günlər Suriya barədəki tvitti barədə deyib: ABŞ daxilində Tramp yaxşı şəraitdə deyil və təəssüflər olsun ki o bu məsələni Suriya xalqına qarşı hərbi əməliyyatla həll etmək istəyir. 

İranın xarici işlər naziri deyib: Amerikalılar terrorizm və ifratçılıq ilə mübarizədə yaxşı keçmişə malik deyillər və Tramp da vaxtı ilə bu reallığa etiraf edib .

Teqlər