Rəhbərlik Ekspertləri Məclisi "İslam Müqaviməti" cəbhəsinə dəstəyin vacibliyini vurğuladı
https://azeri.sahartv.ir/news/Özəl-i321828-rəhbərlik_ekspertləri_məclisi_İslam_müqaviməti_cəbhəsinə_dəstəyin_vacibliyini_vurğuladı
Rəhbərlik Ekspertləri Məclisi çərşənbə axşamı özünün beşinci rəsmi iclasında bir qətnamə qəbul edərək, İslam Müqaviməti Cəbhəsinə dəstəyin göstərilməsini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 06, 2018 18:01 Asia/Baku
  • Rəhbərlik Ekspertləri Məclisi

Rəhbərlik Ekspertləri Məclisi çərşənbə axşamı özünün beşinci rəsmi iclasında bir qətnamə qəbul edərək, İslam Müqaviməti Cəbhəsinə dəstəyin göstərilməsini vurğulayıb.

İRİB-nin verdiyi məlumata görə, Rəhbərlik Ekspertləri Məclisinin qətnaməsində ABŞ və beynəlxalq sionizm ilə mübrizəyə habelə, Fələstin, Livan, Suriya, Yəmən və Bəhreyn başda olmaqla İslam Müqaviməti Cəbhəsinə dəstəyin göstərilməsi bir zərurət adlandırılıb.

Rəhbərlik Ekspertləri Məclisi həmçinin, düşmənin İran xalqına qarşı iqtisadiyyat savaşına işarə edərək, ABŞ-ın zalımcasına olan sanksiyaları ilə mübarizə aparmaq üçün müqavimət iqtisaiyyatı siyasətinin tam formada icra edilməsinə təkid edib. 

Rəhbərlik Ekspertləri Məclisinin beşinci rəsmi iclası çərşənbə axşamı Ayətullah Əhməd Cənnətinin sədrliyi ilə Tehranda işə başlamışdı. İclas çərşənbə günü bir qətnamə qəbul edərək, öz işini başa vurub.