Sen 06, 2018 22:37 Asia/Baku

ABŞ Xəzinədarlıq Nazirliyi dünən Suriya dövlətinə dəstək verdiyini iddia etdiyi 4 şəxs və 5 şirkətə sanksiya tətbiq edib.

Verilişin müddəti : 00:01:05

Tarix : 2018/09/06

-------------------------------------------------------------------------

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Amerikanın Xəzinədarlıq Nazirliyi 9 şəxs və şirkəti Suriya dövləti üçün maliyyə mübadilələri, yanacaq və silah daşınmasını asanlaşdırmaqda ittiham edib. 

Yeni sanksiyalara görə bu 9 şəxs və şirkətin ABŞ məhkəməsi ərazisindəki  əmlakı dondurulub və amerika vətəndaşları bu şirkətlə ticarət əlaqələrindən çəkindirilib. 

ABŞ Xəzinədarlıq Naziri Stiven Mnuçin bir bəyanatda bildirib ki, Vaşinqton yeni qərarı Suriya dövlətinin İdlib şəhərinə qarşı əməliyyata başlamaq qərarına reaksiyada verib. 

Mnuçin terrorçuların İdlibə toplaşdığını dilə gətirmədən popolisti jest tutaraq iddia edib ki, bu vilayətdə milyonlarla insan Suriya dövlətinin hücumu təhlükəsi ilə üz-üzədir. 

Öncə də Amerika terrorçulara dəstək istiqamətində Suriyaya sanksiya tətbiq etmişdi .

Suriya ordusu son həftələrdə İdlib vilayətini terrorçuların işğalından azad etmək üçün lazımı hazırlıqlar görür. 

Amerika və onun müttəfiqləri Suriyadakı terrorçuların məğlubiyyətindən son dərəcə nigarandırlar. 

 

-------------------------------------------------------------------------

 

Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.

Teqlər