Noy 23, 2018 20:33 Asia/Baku
  • Zərif: Amerika ilə nüvə müzakirələrinin təkrar olunması mümkünsüzdür

İranın xarici işlər naziri nüvə anlaşmasına dəstək verərək, vurğulayıb: Amerika ilə nüvə müzakirələrinin təkrar olunması İranın nöqteyi-nəzərincə, mümkünsüzdür

Məhəmməd Cavad Zərif Romada keçirilən "Aralıq dənizi üzrə dialoqlar" adlı yığıncaqda amerikalıların İranla nüvə müzakirələrinin yeni mərhələsini cərəyana salmaq üzrə səylərinə reaksiyada deyib: Nüvə anlaşması yaxşı bir anlaşmadır və İran İslam Respublikası daha öz nüvə proqramı barədə Amerika ilə müzakirə aparmayacaqdır.

Zərif bildirib ki, İranın altı ölkə ilə nüvə müzakirələri 12 il sürdü və nəticəsi də nüvə anlaşması oldu. O, əlavə edib: Hazırda Avropanın və nüvə anlaşmasının digər üzvlərinin növbəsidir ki, beynəlxalq təhlükəsizlik üçün xərc çəkib, sərmayə qoysunlar. 

Zərif İran İslam Respublikası quruluşu və xalqı ilə olan bəzi düşmənçiliklərə toxunub. O, deyib: İran nəinki İslam İnqilabından sonra 40 il, həm də  7 min il davam gətirib, davam gətirəcəkdir də.

Məhəmməd Cavad Zərif bildirib ki, İran və İtaliyanın tarixi bəzi iddiaçı ölkələrin ömründən çoxdur. O, deyib: Elə buna görədir ki, zorakılığa tabe olmuruq, çünki bilirik ki, heç bir qüdrət daimi deyildir.

İranın xarici işlər naziri Ərəbistanın və bəzi region ölkələrinin Səddama, İŞİD-ə, Taliban-a və Cibhətunnusrə-yə dəstək vermələrinə işarə edərək, deyib: Məhz ölkələr özlərinin regional siyasətləri və rəftarlarını dəyişməlidirlər.

İranın xarici işlər naziri "Aralıq dənizi üzrə dialoqlar" adlı illik yığıncaqda iştirak etmək üçün çərşənbə günü gecə İtaliyanın paytaxtı Romaya daxil olubdur.

Teqlər