Argentina məhkəməsi Ərəbistan vəliəhdi barəsində cinayət işi açmağa hazırlaşır
https://azeri.sahartv.ir/news/Özəl-i329076-argentina_məhkəməsi_Ərəbistan_vəliəhdi_barəsində_cinayət_işi_açmağa_hazırlaşır
Argentinalı bir məhkəmə hakimi İnsan Haqları Gözətçisi Təşkilatının istəyi əsasında Ərəbistan vəliəhdinin bəşəriyyət əleyhinə cinayətlərinə dair məhkəmə işi açmağa hazırlaşır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 29, 2018 16:01 Asia/Baku
  • Argentina məhkəməsi Ərəbistan vəliəhdi barəsində cinayət işi açmağa hazırlaşır

Argentinalı bir məhkəmə hakimi İnsan Haqları Gözətçisi Təşkilatının istəyi əsasında Ərəbistan vəliəhdinin bəşəriyyət əleyhinə cinayətlərinə dair məhkəmə işi açmağa hazırlaşır.

Argentinanın Federal Məhkəməsindəki məlumatlı bir mənbənin bildirdiyinə görə, bu ölkə prokuroru məhkəmə hakimlərindən birindən Yəməndə insan haqlarının pozulmasına və  jurnalist Camal Qaşıqçının qətlinə dair daha artıq məlumat toplamasını istəyib. 

İnsan Haqları Gözətçisi Təşkilatı Ərəbistan vəliəhdini Yəməndə bəşəriyyət əleyhinə cinayət törətməkdə və jurnalist Camal Qaşıqçının qətlində təqsirkar hesab edir. 

Bu təşkilat Argentina prokurorluğunun bu hərəkətinin hətta, güclü şəxsiyyətlərin belə ciddi beynəlxalq cinayətə yol verdikləri təqdirdə məsuliyyətə cəlb olunacaqlarına dair bir mesaja malik olduğunu bildirib.