İran tam kosmik texnologiya dövriyyəsinə malikdir
https://azeri.sahartv.ir/news/Özəl-i330036-İran_tam_kosmik_texnologiya_dövriyyəsinə_malikdir
İranın Kosmanavtika Təşkilatının sədri bu gün bildirib ki, İran süni peyk düzəltmə və istifadəyə vermə qabiliyyətinə nail olub. O, deyib: İran İslam Respublikası hazırda tam kosmik texnologiya dövriyyəsinə malikdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 12, 2018 20:31 Asia/Baku
  • İran tam kosmik texnologiya dövriyyəsinə malikdir

İranın Kosmanavtika Təşkilatının sədri bu gün bildirib ki, İran süni peyk düzəltmə və istifadəyə vermə qabiliyyətinə nail olub. O, deyib: İran İslam Respublikası hazırda tam kosmik texnologiya dövriyyəsinə malikdir.

Mortəza Bərari İranın Kosmanavtika Təşkilatının ölkə universitetləri ilə sıx həmkarlığına işarə edərək vurğulayıb: İran İslam Respublikası bu gün elmi-tədqiqat sahəsində regionda birinci, dünya səviyyəsində isə on birinci yerdə durur.

Tam kosmik texnologiya dövriyyəsi süni peyk, yer stansiyası, atış sistemi və süni peyk şəbəkəsindən istifadəyə şamil olur.