Yan 21, 2019 18:07 Asia/Baku
  • Deputat Nizami Cəfərov: 'Mehman məsələsi də bir şouya çevrilib'

Nizami Cəfərov bildirib: Mitinqlə məsələ həll etmək dövrü keçdi artıq. İnanmıram mitinqin əhəmiyyəti olsun, əksinə bu qanun-qaydaya tabe olmamaqdır. Bunun da nəticələri yaxşı olmur.

Yanvarın 19-da Bakıda bir sıra müxalif qüvvələr Mehman Hüseynova və başqa siyasi məhbus sayılan şəxslərə azadlıq tələbi ilə mitinq keçiriblər. Mitinqdə səslənən tələblərlə bağlı hakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat Nizami Cəfərov deyib: “Əgər iqtidar bu cür inkişaf edən dövlət yaradıbsa, ölkənin beynəlxalq nüfuzunu təmin edibsə, həmin iqtidara “sağ ol” deməmiş onunla polemikaya girmək olmaz”

Mitinqdə Mehman Hüseynova azadlıq tələb olunmasına münasibət bildirən deputat Nizami Cəfərov qeyd edib: Bu Mehman məsələsi də bir şouya çevrilib. Elə xüsusi mövqeyi olan şəxsiyyət deyil ki, onunla bağlı xüsusi nəsə düşünəsən. Vətəndaşdır normal. Dövlətin qayda-qanunları ilə fəaliyyət göstərsin də, yoxsa... Hərə özündən bir iş çıxarsa olmur, axı. Bu məsələni də şouya çeviririlər, yəni mitinq üçün bəhanə olsun.

Bloqer Mehman Hüseynov 2017-ci ildə polisə böhtan atma ittihamı ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını deyib.

Bloqer həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşib.

Rəsmi məlumata görə, Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır.

Teqlər