İraqçı Avstriyanın xarici işlər naziri ilə görüşdə: SPV ən qısa zamanda icra edilməlidir
https://azeri.sahartv.ir/news/Özəl-i333508-İraqçı_avstriyanın_xarici_işlər_naziri_ilə_görüşdə_spv_ən_qısa_zamanda_icra_edilməlidir
İran İslam Respublikası xarici işlər nazirinin müavini bazar ertəsi günü axşam Vyanada Avstriyanın xarici işlər naziri Karin Kneissl ilə görüşdə Avstriyanın nüvə anlaşmasını dəstəkləməsini yüksək qiymətləndirərək, Avropa Birliyinin İran ilə maliyyə mexanizmi SPV-nın təcili şəkildə icra edilməsini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 29, 2019 12:43 Asia/Baku
  • İraqçı Avstriyanın xarici işlər naziri ilə görüşdə: SPV ən qısa zamanda icra edilməlidir

İran İslam Respublikası xarici işlər nazirinin müavini bazar ertəsi günü axşam Vyanada Avstriyanın xarici işlər naziri Karin Kneissl ilə görüşdə Avstriyanın nüvə anlaşmasını dəstəkləməsini yüksək qiymətləndirərək, Avropa Birliyinin İran ilə maliyyə mexanizmi SPV-nın təcili şəkildə icra edilməsini istəyib.

Fars xəbər agentliyinin bildirdiyinə görə, Abbas İraqçı daha sonra Yaxın Şərq olaylarına işarə edərək, sionist rejimin destruktiv siyasətlərini regiondakı gərginliyin başlıca səbəbi adlandırıb. 

Avstriyanın xarici işlər naziri də bu görüşdə Tehran-Vyana əlaqələrinin önəminə təkid edərək, Yaxın Şərqdə sülh və sabitliyin bərqərar edilməsində İran və Avstriya arasında siyasi məsləhətləşmələrin davam etməsinə təkid edib. 

Görüşdə həmçinin Suriya, Fələstin, Livan və Yəmən olayları da müzakirə edilib.