Mədinədə altı yaşlı şiə uşaq şəhid olub
Müqəddəs Mədinə şəhərinə ziyarət səfəri zamanı bir vəhhabi tərəfindən başı kəsilmiş şiə uşağın cənazəsinin dəfn mərasimi barədə film sosial şəbəkələrdə yayılıb.
Verilişin müddəti : 00:01:49
Tarix : 2019/02/10
-------------------------------------------------------------------------
Bu uşaq Ərəbistanın cənubunda yerləşən şiəsakinli əl-Əhsa məntəqəsinin əhalisindən olubdur.
Altı yaşlı Zəkəriyya əl-Cabirin başı, təkcə anasının taksidə Muhəmmədə və Ali-Muhəmmədə salavat çevirməsinə görə, vəhhabi sürücü tərəfindən kəsilibdir.
"Shia Waves" informasiya agentliyinin saytı bu xəbəri verərək, əlavə edib: Şiəsakinli əl-Əhsa qəsəbəsinin əhalisindən olan bu şəhid uşağın babası Nasir Əli əl-Faiz nəvəsinin başının kəsilməsi cinayəti barədə belə deyib: Qızım Cəddədə işləyir. O, oğlu Zəkəriyya ilə Müqəddəs Mədinə şəhərinə səfər edirmiş. Onun altı yaşlı uşağı, Müqəddəs Mədinə şəhərinindəki "şahzadə sultan bin əbduləziz" şosesindəki qəhvəxanalardan birinin yaxınlığında bir miqdar yemək yemək istəyibdir ki, qəflətən cinayətkar onu anasının qucağından oğurlayıb və mağazalardan birinin şüşəsini sındıraraq, bu sınıq şüşədən uşağın başını kəsmək üçün bir alət kimi istifadə edib. Belə bir halda, anası uşağını bu cinayətkarın caynağından xilas etməyə çalışıb. O, yoldan keçənlərdən kömək istəyib, amma sonda şiddətli qorxuya görə, komaya düşüb.
Bu şəhid uşağın babası əlavə edib: Bu cinayətkar kişi onu bu cinayəti törətməkdən çəkindirməyə çalışan kəslər qarşısında müqavimət göstəririb və hətta təhlükəsizlik qüvvələrindən birini də yaralayıbdır. Amma biz bu cinayətdən bir neçə saat sonra nəvəmizin öldürüldüyünü bildik.
Belə bir halda, beynəlxalq "Şiə İnsan Haqları" təşkilatı bu cinayəti pisləyib və BMT-dən və digər humanitar təşkilatlardan istəyibdir ki, Ərəbistanda şiə azlığına qarşı bu kimi cinayətlərin dayandırılması üçün səud rejiminin başçılarına təzyiq göstərsinlər.
-------------------------------------------------------------------------
Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.