İsfahan şəhəri və onun ürəkyandıran dağı
Xaş terror hadisəsinin 27 şəhidinin cənazəsinin müşayiət mərasimi əhalinin, ölkə və ostan rəsmilərinin geniş iştirakı ilə İsfahanın Bozorgmehr meydanında keçirildi.
Verilişin müddəti : 00:03:13
Tarix : 2019/02/17
-------------------------------------------------------------------------
Ayətullah Seyyed Yusef Təbatəbainejad- İsfahanın imamcüməsi
Bu şəhidlər İslam düşmənləri qarşısında dayandıqları və yeganə müstəqil islami ölkənin sərhədlərini müdafiə etdikləri üçün şəhid olublar.
Ayətullah Abbasəli Soleymani- Zahidanın imamcüməsi
Bu gün İsfahan əhalisinin əlləri üzərində müşayiət olunan əzizlər şərq sərhədləri zolağında İslamın və müsəlmanların birliyinin düşmənləri tərəfindən terror ediliblər. Mən və Sistan və Bəluçestanın müxtəlif qəbilələrinin başçıları bu əzizlərin dağ görmüş ailələrinə başsağlığı vermək üçün bu mərasimdə iştirak etməyi özümüzə borc bildik.
Xanım-müsahibə:
Əhli-Beytə məhəbbət bəsləmək günahına görə Mədinədə altı yaşlı bir oğlanın başının kəsildiyi kimi, bu əzizlər də Əhli-Beyt amallarını müdafiə etdiklərinə görə, şəhid olublar və bu gün bu izdiham İslam İnqilabı amallarına dəstək və bu əzizlərin yollarının davam etdirilməsi üçündür.
Sistan və Bəluçestan qəbilələrinin başçıları da gəlmişdilər.
Müsahibə: Mən gəlmişəm deyəm ki, biz həmişə inqilabın və şəhidlərin yolunu davam etdirəcəyik.
-------------------------------------------------------------------------
Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.