Fev 26, 2019 23:29 Asia/Baku

İslam İnqilabının Böyük Rəhbəri Suriya prezidenti ilə görüşdə deyib: Suriyanı himayəni müqaviməti himayə bilir və onunla fəxr edirik.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei dünən səhər Suriya prezidenti Bəşşar Əsədlə görüşdə Suriyanın qələbə və Amerika ilə onun regional muzdurlarını məğlubetməsi rəmzini Suriyanın prezidenti və xalqının müqaviməti və onların müqavimətə təkid etmələri adlandırıb və belə qeyd ediblər: İran İslam Respublikası Suriyanın dövləti və xalqına köməyi müqavimət hərəkəti və cərəyanına kömək bilir və səmimi qəlbdən onunla fərx edir.

Həzrət Ayətullahuluzma Xamenei İran İslam Respublikasının elə böhranın əvvəlindən sədaqətlə Suriyanın dövləti və xalqının kənarında dayanmasına toxunaraq, əlavə ediblər: Suriya müqavimət və öz xalqının müşayiəti ilə regionda Amerika, Avropa və onların müttəfiqlərindən ibarət böyük bir koalisiya qarşısında dayana və bu hadisədən qələbə ilə çıxa bildi.

İslam İnqilabının Böyük Rəhbəri müqavimət cərəyanının Suriyadakı qələbəsinin amerikalıların əsəbiləşmələrinə və onların yeni fitnələr işləyib hazırlamalarına səbəb olduğunu bildirib və bu sahədə bir nümunəyə işarə edərək, deyiblər: Amerikalıların Suriyada yaradılmasının ardınca olduqları ayırıcı məntəqə məsələsi bu təhlükəli fitnərlərdəndir və qətiyyətlə onu rədd etmək və onun qarşısında dayanmaq lazımdır.

O həzrət amerikalıların İraq və Suriya sərhədlərində təsirli iştirak üzrə planlarını onların tədbirlərinin digər bir nümunəsi adlandırıb və belə vurğulayıblar: İran və Suriya bir-birilərinin strateji bağlarıdırlar və müqavimət cərəyanının mahiyyəti və qüdrəti bu ardıcıl və strateji əlaqədən asılıdır. Bu əsasda düşmənlər öz planlarını həyata keçirə bilməyəcəklər.

Bu görüşdə Suriya prezidenti Bəşşar Əsəd də İran İslam Respublikasının onun ölkəsinə verdiyi böyük dəstəkləri yüksək dəyərləndirib. O, deyib: Suriya müharibəsi İrana qarşı səkkizillik icbari müharibəyə bənzəyirdi və İran İslam Respublikası bu hadisədə fədakarcasına bizim kənarımızda idi.

Teqlər